Bakının Nizami rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12.000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.