Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb və Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə Azərbaycanın cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səxavət