27 Fevral 2020 12:53
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub.

Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov