Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.