İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Zəlzələnin episentri Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, təkanların ocağı isə 53.6 kilometr dərinlikdə yerləşib.
Ölən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.