8 Aprel 12:17
426

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov