Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadına məxsus evdən 200 manat pul oğurlayıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1998-ci il təvəllüdlü K.Zeynallı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.