Lənkəranda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə R.İbadov polis əməkdaşları tərəfindən həbs edilib.
Onun mağazadan 1032 manat dəyərində tütün məmulatı, müşahidə kamerası, danışıq kartları və parfümeriya, Kərgəlan kənd ərazi icra nümayəndəliyinin inzibati binasından 1 ədəd noutbuk, 1 ədəd printer və 1 ədəd modem, habelə bir çayxanadan və bir torpaq sahəsindən müşahidə kameraları və monitorlar oğurlaması müəyyən edilib.