Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə aprelin 27-də, səhərə yaxın saat 5 radələrində qeydə alınıb.
Həmin vaxt Xətai rayonu ərazisindəki apteklərin birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.