Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, son iki gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.