12 May 2020 11:40
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, mayın 10-da Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Həsənovla mübahisə etməsi və onlardan birinin O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alması barədə 28-ci polis bölməsinə məlumat daxil olub.

O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər