2 Oktyabr 2014 14:39
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyor Yaqland ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar E.Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif: