19 May 2020 19:55
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda quyuya düşən heyvan xilas edilib.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Qımılqışlaq kəndində təkdırnaqlı heyvanın dərinliyi 4 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.


Müəllif: Teleqraf.com