4 İyun 2020 12:28
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən ağır yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 3-də saat 9 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini Ə.Bəşirov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Xanım Ələsgərovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa. həmin gün saat 14 radələrində Cəlilabad rayonunun Buravar kəndi ərazisində kənd sakini Sahib Şahmarov idarə etdiyi “UAZ” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobili dərəyə aşırıb.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov