Bakının Sabunçu rayonunda arvadını bıçaqlayan kişi könüllü polisə gələrək təslim olub.
Teleqraf.com xəbər verir ki, rayonun Sabunçu qəsəbəsində 1986-cı il təvəllüdlü Ramiq Dadaşov həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Babayeva ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Münaqişə zəminində Ramiq Dadaşov həyat yoldaşını bıçaqlayıb.
Qadın xəstəxanaya yerləşdirilib.
Ramiq Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.