Biləsuvar rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.