İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Kürdmaşı kəndi ərazisində kənd sakini İ.Bağırlı idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarındakı hasara vurub.
Nəticədə sərnişini Mahir Osmanov hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı rayon polis şöbəsində araşdırma aparılır.