6 Oktyabr 2014 22:29
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında sentyabrın 27-də keçirilən başqan seçkiləri ətrafında qızğın müzakirələr davam edir.



Teleqraf.com-un məlumatına görə, Müsavatın yeni başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə başqanlığa namizəd Qubad İbadoğlunun əsas tərəfdarı Vurğun Əyyub yenə üz-üzə gəlib.



Bu gün Q.İbadoğlunun öz tərəfdarları ilə keçirilən görüşdə Vurğun Əyyub Vaqif Hacıbəyli haqda ağır ifadələr işlədib: “Mən heç vaxt ağlıma gətirməzdim ki, Müsavatda bu cür tərbiyədən və əxlaqdan uzaq adamlar var. Mənə böhtan, iftira atırlar. Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavat Partiyasında “nadzor” olmaq fikrindədir. Mən ünvanıma YAP-çılardan belə eşitmədiyim təhqiri bəzi müsavatçılardan eşitdim. Arif Hacılını başqan seçilməsi münasibətilə ona görə təbrik etməmişəm ki, bu pozuntular gözümün önündə baş verib. Deyirlər ki, mən partiyanın işində iştirak etməmişəm, xaricdə olmuşam. Mən balalarıma çörək qazanmaq üçün Qarsa getmişəm, özümə villa tikdirməmişəm”.


V.Əyyubun bu sözlərinə Vaqif Hacıbəyli özünün Facebook səhifəsində cavab verib: “Bir neçə gün əvvəl məni tərbiyəsiz adlandıran “tərbiyəli” indi də “nadzor” adlandırıb.Mənə ünvanlanan bu epitetlərin səbəbi aşağıdakı statusdur: “Tural bəy özünü yetkin siyasətçi və əsl Musavatçı kimi aparir,ondan daha təcrübəli, ziyalı,guya həmişə təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən mənim gözlədiyimdən də daha uğurlu nəticə qazanan digər namizəd isə yenə mənim gözləmədiyim halda məyusedici açıqlamalar verməkdə davam edir və bu halda açiq-aşkar faktları təhrif edir. Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getmiyiblərmi? Onlar Musavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur axı? İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O, müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz,y eni simanız? Kənardan heç də yaxşı görünmür, vallah”. Bu statusa Qubad İbadoğlunun cavabı: “onun danışmağa mənəvi və siyasi haqqı yoxdur”. Mən bu ittihamlara cavab olaraq heç kəsi təhqir etmədən mənəvi haqqımın onlardan az olmadığını və Müsavatdakı xoşagəlməz proseslərin arxasında cəmiyyətdə müsbət imicə malik Vurğun Əyyubun olduğunu bildirəndə Vurğun Əyyub mənə küçə adamı səviyyəsində cavab verib. Mən də bu açıqlamaya cavab olaraq bildirmişəm ki, sizin açıqlamalarınız hansı səviyyənin və hansı mənəviyyatın sahibi olduğunuzu bariz nümayiş etdirir, vəssalam. İndi bu olayda kim özünü YAP-çı kimi aparıb hər kəs özü üçün qiymətləndirsin”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər