Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini E.Novruzov idarə etdiyi “QAZ-24” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.
Nəticədə sərnişini olan arvadı Dürdanə Namazova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.