Bakının Sabunçu rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən 800 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.