Bakının Binəqədi rayonunda iki ay əvvəl baş verən oğurluq faktlarının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də və mayın 8-də rayon ərazisində 1 avtomobildən pul və maqnitofon və vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Mehdiyev saxlanılıb.