16 İyul 2020 09:45
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Siyəzən rayon polis şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq polis şöbəsinə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.

Bundan əlavə gənclərə son günlərdə cəbhə xəttində hərbiçilərimiz tərəfindən aparılan qürurverici döyüşlər barədə məlumatlar verilib və şəhid olan soydaşlarımız qəhrəmanlıqlarından danışıblar.

Gənclərə döyüşlərin aparıldığı bu həssas dövrdə etdikləri qayda pozuntusunun cəmiyyət tərəfindən heç də xoşa gələn bir hadisə olmadığı bildirilib.

Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər