18 İyul 2020 15:35
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda qəsdən adam öldürməyə cəhd olub.

Sabirabad rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 16-da saat 23 radələrində 1982-ci il təvəllüdlü Sabirabad rayonu, Türkədi kənd sakini Fuad Məmmədovun çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışları 1981-ci il təvəllüdlü Mircavid Mövsümov və 1976-cı il təvəllüdlü Seyidəli Mövsümovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Fuad Məmmədovu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mircavid Mövsümov və Seyidəli Mövsümov şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər