28 İyul 2020 10:08
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi şosesində Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub.

Velosipedçi aldığı xəsarətdən hadisə yerində ölübb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov