Daxili İşlər Nazirliyi Abşeron rayonunda "Azenko" MMC-nin direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.
Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırması nəticəsində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
12:05
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.