3 Avqust 2020 17:00
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş vüerib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 1040 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Hənifəyev saxlanılıb.

İstintaq araşdırması zamanı onun əvvəllər məhkum olunduğu da üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər