6 Avqust 2020 21:38
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 16-da Təbrizdə Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyada saxlanılan güneyli fəal Həkimə Əhmədi müvəqqəti azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, fəalın zaminlə sərbəst buraxıldığı bildirilib.

Həkimə Əhmədi və aksiyalarda saxlanılan digər fəallar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “ictimai asayişi pozmaq”da ittiham olunur.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycandan olan milli fəallar müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər. Dəstək aksiyasından ehtiyat edən İranın təhlükəsizlik orqanları aksiyadan əvvəl və sonra kütləvi həbslərə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər