7 Avqust 2020 22:03
3 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda partlayış olub.

Teleqraf.com-un məlumatına görə, partlayış SOCAR-a məxsus kəmərdə baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

***

720 mm-lik diametri olan Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü km-də saat 20:55 radələrində qəza hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

İ.Əhmədov bildirib: "Qaz kəməri 1975-ci ildə istismara verilib. Bu kəmər daxili paylama sistemində işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xətti kranlar her iki tərəfdən baglanıb, şam kranları açılıb, alov demək olar ki, söndürülüb. Hadisə nəticəsində Respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər