10 Avqust 2020 19:45
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər