Hindistanın Kərnətəkə ştatı ərazisində sərnişin avtobusunda baş verən yanğın nəticəsində 3-ü uşaq olmaqla azı 5 nəfər ölüb, 30-dək sərnişin də xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər baş verib.
Polisin məlumatına görə, yanğın mühərrikdə qısaqapanma üzündən baş verib. Sürücü hadisə yerindən qaçıb.
Araşdırma aparılır.