17 Avqust 2020 12:49
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, avqustun 15-də saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Şəmşir Əmrahovun və Sumqayıt şəhər sakini A.Nəbiyevin idarə etdikləri iki “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə Ş.Əmrahov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, avqustun 16-da saat 6 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində Şabran şəhər sakini V.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub.

Nəticədə sərnişinlərindən Bakı şəhər sakinləri Məftun Nəzərov, Vüsal Ağacanov və Abşeron rayon sakini Tovuz Hüseynova hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Samuxda baş verib.

Avqustun 16-da saat 10 radələrində Samux rayonunun İnstitut qəsəbəsi ərazisində Elnur Çağırqanov idarə etdiyi şəxsi “Mercedes” markalı avtomobili qarşıda gedən qəsəbə sakini A.Behbudovun idarə etdiyi kombayna vurub.

Nəticədə sürücü və sərnişini Ləman Süleymanzadə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov