23 Avqust 2020 13:54
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda aptekə basqın etməkdə ittiham olunan İlqar Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı şəhər Baş Polis İdarəsinin və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlqar Paşayev müəyyən olunaraq tutulub.

O, ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən asılı olduğunu və bu səbəbdən aptekə basqın etdiyini bildirib. Saxlanılan şəxs aptekdən əldə etdiyi pulla şəxsiyyəti hələ ki, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün narkotik vasitələr aldığını bildirib.

İstintaq orqanı tərəfindən İlqar Paşayevin barəsində Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə "Vita Apteklər” MMC və aptekin satıcısı Esmira İbadova zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər