1 Sentyabr 2020 13:58
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün Goranboy rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, avqustun 31-də saat 20 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində Aşağı Ağcakənd qəsəbə sakini Samin Xanlarov idarə etdiyi “AzSamand” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində, sərnişini olan həmyerlisi Əli Məmmədov isə xəstəxanada ölüb.

Oxşar hadisə Kürdəmirdə də baş verib. Avqustun 31-də saat 8 radələrində Kürdəmir rayonunun Qaraqocallı kəndi ərazisində Ağsu şəhər sakini E.Behbudov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə yolun hərəkət hissəsində velosiped sürən Şahsevən kənd sakini Ramil Novruzovu vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa. avqustun 31-də saat 23 radələrində Hacıqabul rayonu ərazisində Sabirabad rayon sakini Orxan Qiyaslı idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov