7 Sentyabr 2020 15:45
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, oğurluq etməkdə şübhəli bilinən X.Cavadov və Ə.Əliosmanov həbs edilib.

Onların ətraflarında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Pirallahı rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülüb.

Onların Əmircan qəsəbəsində rayon enerji təchizatı və satışı idarəsinə məxsus transformator məntəqəsindən ümumi dəyəri 13.400 manat olan 2 ədəd vakuum açarını oğurlamaları müəyyən edilib.


Müəllif: Hacı Zeynalov