8 Sentyabr 2020 10:30
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Mehdiyeva sentyabrın 5-də Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin onun içərisində pul və sənəd olan pulqabısını əlindən aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Balayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər