Lənkəranda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Liman şəhərinin Balıqçılar qəsəbəsində qeydə alınıb.
Lənkəran sakini, bir müddət əvvəl azadlığa buraxılmış keçmiş məhkum, 1983-cü il təvəllüdlü Mais Abıyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günay Abıyevanı yaşadıqları evdə odlu silahla qətlə yetirib.
Qətlə yetirilən Günay Abıyeva əslən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəndir.
O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb.
Ailənin iki övladı var.
Faktla Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.