Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.