Azərbaycanın Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini ölkə prezidenti Donald Ramotara təqdim edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir E.Sultanov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını prezident D.Ramotara çatdıraraq, Azərbaycanın Qayanada ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.
Qayana prezidenti D.Ramotar prezident İlham Əliyevə ən xoş salamlarının çatdırılmasını xahiş edərək iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini vurğulayıb və ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm kimi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq üçün imkanların olduğunu qeyd edib.
Qayanaya səfəri çərçivəsində səfir E.Sultanov ölkənin xarici işlər naziri Karolin Rodriges-Birkett, mədəniyyət, gənclər və idman naziri F.Entoni və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Səxavət