Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazaların birində Qəbələ rayon sakini Ə.Qurbanlının cibindən 302 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini V.Hüseynov saxlanılıb.