"Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdəki hesabında yazıb.
"Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir", - o qeyd edib.