20 Oktyabr 2020 12:58
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 19-da saat 20 radələrində Binəqədi rayonu ərazisində Şamaxı rayon sakini M.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Süleyman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məhəmməd Pənahovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər