21 Oktyabr 12:35
385

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 20-də saat 16 radələrində rayon ərazisində Tovuz rayon sakini Q.Quliyevin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Məzlum Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə M.Quliyev və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov