24 Oktyabr 12:33
769

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hacallı kəndi ərazisində rayon sakini S.Şirinov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Yazgül Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov