4 Noyabr 2020 12:03
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada evi tərk edən COVID-19 xəstəsinə xəbərdarlıq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Quba rayon Zərdabi qəsəbə sakini Cabir Yarəhmədov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Cabir Yarəhmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər