16 Noyabr 2020 13:14
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 15-də saat 20 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün, saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Altun Zeynallını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 14-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bərdə rayon sakini E.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Seymur Orucovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Müəllif: Hacı Zeynalov