21 Noyabr 2020 11:55
6 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Xızı rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7 000 manat pulun oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilən pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı rayon polis şöbəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər