Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə noyabrın 27-si saat 13 radələrində Sarıtəpə kəndi ərazisində baş verib.
Rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşub.
Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Şəmkir RPİ tərəfindən araşdırma aparılır.