Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Hacıqabul rayon sakini Pənah Qaçayev vurulub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şirvan şəhər polis şöbəsində tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.