Almaniyanın Düsseldorf hava limanında bir türk sərnişinin alt paltarından və ayaqqabılarından 350 min avro (723 min 415 manat) çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyəyə gəlmək istəyən 50 yaşındakı sərnişindən şübhələnən polislər xüsusi hazırlanmış ayaqqabının dabanından 250 000 avro (516 min 725 manat) çıxarıblar.
Daha sonra polislər üzəri axtarılan sərnişinin alt paltarından 100 min avro (206 min 690 manat) tapıblar.
Pulun ona aid olmadığını iddia edən sərnişin həmin şəxsin adını unudub. Adı açıqlanmayan şəxs barəsində bildiriş öhdəliyini yerinə yetirmədən vergidən yayınma və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.