Daxili İşlər Nazirliyi Yevlax rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon sakini R.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Skaniya” markalı yük avtomobilinin qoşqusuna vurub.
Nəticədə R.Həsənovun sərnişini olan Bakı şəhər sakini Firuzə Cabbarova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.